Ramil Usubov vətəndaşları qəbul edəcək

Ramil Usubov vətəndaşları qəbul edəcək
# 09 sentyabr 2015 12:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili işlər naziri Ramil Usubov sentyabrın 26-da saat 10:00-da Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik rayonlarının sakinlərini Lənkəran şəhər-rayon Polis Şöbəsində qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul başa çatdıqdan sonra saat 12:00-da, R. Usubov tərəfindən Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Lənkəran rayon polis şöbəsində sıra baxışı keçiriləcək. Sıra baxışında yalnız qeyd olunan rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:
- müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müsabiqəyə yuxarıda qeyd olunan rayon polis şöbələrində 17 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR