Rauf Mirqədirovun işi birinci instansiya məhkəməsinə qaytarılıb

Rauf Mirqədirovun işi birinci instansiya məhkəməsinə qaytarılıb
# 24 iyul 2014 12:49 (UTC +04:00)

Vəkil Elmar Vəliyevin APA-ya verdiyi məlumata görə, prosesdə işin yenidən Nəsimi rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, iyulun 15-də Nəsimi Rayon Məhkəməsində istintaq orqanının R. Mirqədirovun həbs müddətinin uzadılması barəsində verdiyi təqdimata baxılıb.

Məhkəmə R. Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar qəbul edib. Həmin prosesin iclas protokolu ilə tanış olan müdafiə tərəfi isə məhkəmədə qanun pozuntularına yol verilməsi ilə bağlı qeydlər yazıblar. İş Bakı Apellyasiya Məhkəməsinə göndərib. Lakin Bakı Apellyasiya Məhkəməsi həmin qeydlərlə bağlı işi yenidən birinci instansiya məhkəməsinə qaytarıb.

Bundan əvvəl R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR