Rəhim Qazıyev sərbəst buraxılıb

Rəhim Qazıyev sərbəst buraxılıb
# 20 mart 2013 07:17 (UTC +04:00)

Bakı – APA. Martın 19-u axşam saatlarında saxlanılan keçmiş müdafiə naziri Rəhim Qazıyev gecə saatlarında sərbəst buraxılıb. APA-nın məlumatına görə, Rəhim Qazıyev "Azadlıq" qəzetinə deyib ki, evindən çıxaraq "Azadlıq" radiosuna verilişə gedərkən Memarlıq və İnşaat Universitetinin yaxınlığında onu saxlayaraq, DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.

Dediyinə görə, idarədə ona son vaxtlar mətbuatdakı çıxışları ilə bağlı xəbərdarlıq ediblər. Keçmiş müdafiə naziri kameralardan birində 2 saat saxlandıqdan sonra sərbəst buraxılıb.

***

Saat 01:09

Bakı – APA. Keçmiş müdafiə naziri Rəhim Qazıyev martın 19-da Bakıda polis tərəfindən saxlanıb. APA-nın məlumatına görə, bu barədə Azadlıq Radiosuna Rəhim Qazıyevin qardaşı Rahab Qazıyev bildirib.

R. Qazıyev deyib ki, Rəhim Qazıyevin saxlanması xəbərini onun evinə zəng edərək deyiblər.

“Zəng edənlər özlərini DİN əməkdaşları kimi təqdim ediblər. Ancaq Rəhim Qazıyevin nə səbəbdən saxlandığını bildirməyiblər. Rəhim Qazıyev saat 17.20 radələrində evindən Azadlıq Radiosuna getmək üçün çıxmışdı. Sonradan onun saxlandığı xəbərini aldıq”, - deyə R. Qazıyev bildirib.

DİN mətbuat xidmətindən deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR