Rəşadət Axundovun vəkilləri məhkəməyə müraciət ediblər

Rəşadət Axundovun vəkilləri məhkəməyə müraciət ediblər
# 07 avqust 2013 10:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “NİDA” Vətəndaş Hərəkatı fəallarından Rəşadət Axundov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz olunması üçün vəkilləri Nəsimi rayon Məhkəməsinə müraciət ediblər. Media Hüququ İnstitutundan APA-ya verilən məlumata görə, məhkəməyə təqdim olunan vəsatətdə R. Axundov barəsində həbs qətimkan tədbirinin seçilməsinin qanunsuz olduğu qeyd edilib. Vəkillər məhkəmədən R. Axundovun barəsində seçilmiş həbs - qətimkan tədbirini ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz etməyi və onun barəsində qanunsuz qərarların verilməsində təqsiri olanlar barəsində xüsusi qərar çıxarmağı, həbs nəticəsində R. Axundova vurulmuş maddi və mənəvi zərərin kompensasiya edilməsini xahiş ediblər.


Qeyd edək ki, R. Axundov martın 30-da evdən çıxarkən 4 nəfər naməlum şəxs tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Nəsimi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR