Respublika ərazisində gecə saatlarında bir neçə yanğın hadisəsi qeydə alınıb

Respublika ərazisində gecə saatlarında bir neçə yanğın hadisəsi qeydə alınıb
# 17 mart 2013 05:02 (UTC +04:00)

Bakı-APA. Martın 16-dan 17-nə keçən gecə respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha iki yanğın hadisəsi Gəncə şəhərində qeydə alınıb. Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Ford" markalı yük avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Gəncə şəhəri, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan 2 otaqdan ibarət mənzilin yanar konstuksiyaları və 1- ci mərtəbədən 4- cü mərtəbəyə qədər eyvanların taxta materiallardan ibarət arakəsmələri 8 kv.m sahədə yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yuxarı mərtəblərdən 16 nəfər bina sakini təxliyə olunub. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR