Rusiyada yük avtomobili ilə minik avtomobili toqquşub, Azərbaycan vətəndaşları ağır xəsarət alıb

Rusiyada yük avtomobili ilə minik avtomobili toqquşub, Azərbaycan vətəndaşları ağır xəsarət alıb
# 25 may 2017 17:45 (UTC +04:00)

Rusiyada KamAZ markalı yük avtomobili ilə VAZ markalı minik avtomobili toqquşub.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Novorossiyskdə gecə saatlarında baş verib.

Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ağır xəsarət alıb. Onların Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qeyd olunur ki, VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü şəxs çoxsaylı bədən xəsarətləri və kəllə-beyin silkələnməsi travması ilə xəstəxanaya çatdırılıb. Onun sərnişininin (1991-ci il təvəllüdlü) də başından ağır zədə aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR