Rusiyada ekstremist fəaliyyətlə məşğul olan azərbaycanlı məhkəmə qarşısına çıxarılacaq

Rusiyada ekstremist fəaliyyətlə məşğul olan azərbaycanlı məhkəmə qarşısına çıxarılacaq
# 24 avqust 2015 15:21 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rusiyanın Bryansk vilayətində sosial şəbəkələrdə ekstremist fəaliyyətlə məşğul olduğu iddia edilən 24 yaşlı Ülfət Bəşirov məhkəmə qarşısına çıxarılacaq.

APA-nın “nashbryansk.ru” saytına istinadən verdiyi məlumata görə, həmin şəxs Rusiya Cinayət Məcəlləsinin ədavət və düşmənçiliyə təhrik edən hərəkətlər, dini zəmində şəxs və ya qrup üzvlərin təhqir olunması, internetdən istifadə edərək cinayət törətmə maddələri ilə ittiham olunacaq. İttiham aktına əsasən, o, bu il yanvarın 24-də sosial şəbəkələrdə qeyri-müsəlmanlara nifrəti göstərən, dini zəmində material yerləşdirib.

O, polis tərəfindən saxlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR