Bakı. Türbət Bağırova - APA. Rusiyanın Saratov şəhərində uşaq malları mağazasından oğurluq etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.
APA-nın “news.sarbc.ru” saytına istinadən verdiyi xəbərə görə, Saratovdakı “Uşaq dünyası” mağazasından 3,3 min rubl dəyərində məktəbli forması komplekti oğurlandığı müəyyənləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 48 yaşlı qadın saxlanılıb. Onun adı açıqlanmayıb.
Oğurluq mal müsadirə olunub. Fakt üzrə cinayət işi açılıb.