Rusiyadan Azərbaycana icazəsiz silah-sursat gətirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana icazəsiz silah-sursat gətirilməsinin qarşısı alınıb
# 01 mart 2013 08:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan gömrükçüləri ölkəyə icazəsiz silah və sursat gətirilməsi faktını aşkarlayıblar. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Gülağa Cəfərovun idarə etdiyi “Ford Tranzit” markalı avtomaşına gömrük baxışı keçirilib.

Baxış zamanı avtomaşından hər biri 250 qram olmaqla 100 qutu “Sokol” markalı barıt, hər qutuda 25 ədəd olmaqla 16 qutu 12/70 kalibrli və hər qutuda 25 ədəd olmaqla 16 qutu 16/70 kalibrli istifadə olunmamış boş gilizlər, eləcə də 150 ədəd 16 kalibrli, 30 ədəd 12 kalibrli istifadə olunmuş boş gilizlər, 1 qutu piston, 1 ədəd “İJ-18” modelli 174689 nömrəli tüfəng, 1 ədəd çaxmaq, 2 kq qırma və 50 ədəd 5,6 mm kalibrlik güllələr aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR