Saatlıda külli miqdarda narkotik tərkibli bitki məhv edilib

Saatlıda külli miqdarda narkotik tərkibli bitki məhv edilib
# 08 avqust 2013 16:28 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Saatlıda yabanı halda bitən külli miqdarda narkotik tərkibli çətənə kolları məhv edilib.

Saatlı rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, RPŞ əməkdaşları “Xaşxaş-2013” şərti adı altında rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi əraziləri aşkarlayaraq məhv edilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində rayonun Molday kəndi ərazisində, əkin üçün yararsız olan qamışlıqların əhatəsində yabanı halda bitmiş narkotik tərkibli bitki olan çətənə kolu aşkarlanıb.

Saatlı RPŞ əməkdaşlarının iştirakı ilə ərazidən ümumi çəkisi 420 kq olmaqla 147 ədəd çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib. Rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi sahələrin aşkarlanaraq məhv edilməsi istiqamətində tədbirlər davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR