Sabirabad rayonunda məscid yanıb

Sabirabad rayonunda məscid yanıb
# 19 avqust 2015 08:04 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabad rayonunda məscid yanıb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, gecə saatlarında Sabirabad rayonu, Osmanlı kəndində ümumi sahəsi 200 kv.m olan məscidin dam örtüyü 110 kv.m sahədə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan şəhəri və Sabirabad rayonunun Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Məscidin qalan hissəsi yanğından mühafizə olunub. İlkin məlumata görə, yanğına səbəb elektrik xəttində baş vermiş qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR