Sabirabad sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Sabirabad sakinindən külli miqdarda narkotik vasitə götürülüb
# 19 fevral 2015 13:15 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Narkotik vasitənin alveri ilə məşğul olan Sabirabad sakini saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini Rəhman Eyyubov 35,28 qram marixuananı satarkən tutulub.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R.Eyyubova narkotik vasitəni satan şəxs Sabirabad rayonunun Muğangəncəli kənd sakini, 1981-ci il təvəllüdlü Hamlet Rafət oğlu Məlikovdur. Rafət Məlikov saxlanılarkən onun üzərindən 34,76 qram marixuana aşkar edilib. Onun yaşadığı evin həyətinə baxış keçirilərkən oradan 5,75 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR