Sabirabadda 10 otaqlı evdə yanğın olub

Sabirabadda 10 otaqlı evdə yanğın olub
# 30 avqust 2013 04:15 (UTC +04:00)

Bakı-APA. Sabirabadda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m (hər mərtəbəsi 100 kv.m) olan 10 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsinin eyvanında elektrik şiti və 1 kv.m sahədə divarın lambirdən ibarət üzlüyü yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR