Sabirabadda yeməkxana yanıb

Sabirabadda  yeməkxana yanıb
# 26 avqust 2015 01:59 (UTC +04:00)

Bakı-APA. Sabirabadda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan yeməkxananın mətbəxinin qamışdan ibarət tavanı 80 kv.m sahədə yanıb. Yanğın zamanı mətbəxdə olan 5 ədəd 5 litrlik və 3 ədəd 50 litrlik məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR