Sabirabadda baş verən avtoqəzalarda 4 nəfər xəsarət alıb

Sabirabadda baş verən avtoqəzalarda 4 nəfər xəsarət alıb
# 05 sentyabr 2015 07:51 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda bir gecədə 2 avtomobil qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, saat 21.00-də Sabirabad rayonunun Güdəcühür kəndində at arabasının avtomobillə toqquşması nəticəsində iki qardaş - kənd sakinləri, 1987-ci il təvəllüdlü Kərimov Anar Xudaverdi oğlu və 1984-cü il təvəllüdlü Kərimov Emin Xudaverdi oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Digər qəza gecə saatlarında Nizami kəndində baş verib. Həşimxanlı kənd sakin, 1983-cü il təvəllüdlü Əmrahov Əvəz Mehman oğlu idarə etdiyi avtomobili digər avtomobilə çırpıb. Nəticədə sürücü və avtomobildə olan 1971-ci il təvəllüdlü Əkbərov Oktay Ələsgər oğlu müxtəlif bədən xəsarətləri alaraq Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Həkimlərin təkidinə baxmayaraq sərxoş vəziyyətdə olan yaralılar xəstəxanada qalmaqdan imtina ediblər. Hər iki şəxsə ambulator yardım göstərilib və evə buraxılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR