Sabirabadda narkotik vasitələri əkib-becərən və satışı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup saxlanılıb - VİDEO

Sabirabadda narkotik vasitələri əkib-becərən və satışı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup saxlanılıb - <span style="color: red;">VİDEO
# 25 avqust 2015 23:34 (UTC +04:00)

Sabirabad polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, avqustun 22-də Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər (8 azadlıqdan məhrumetmə cəzası) məhkum olunmuş Sabirabad rayonunun Yenikənd kənd sakini, 1961-cı il təvəllüdlü Rəhimov Vəlixan Ağasəf oğlu və həmkəndlisi, əvvəllər (2 il azadlıqdan məhrumetmə cəzası) məhkum olunmuş 1966-cı il təvəllüdlü Əkbərov Elməddin Rəfail oğlu ilə tərkibində narkotik vasitə olan 40 ədəd çətənə kolunu (yaş halda 32,13 kq) rayonun Yenikənd kəndi ərazisində böyürtkən kollarının əhatəsində əkib-becərmələri məlum olub. Keçirilən əməliyyat tədbirləri zamanı həmçinin onlardan 1,15 kq qurudulmuş marixuana da aşkar olunaraq götürülüb. Həmin faktla bağlı polis şöbəsinin istintaq bölməsində cinayət məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Eyni zamanda istintaqa məlum olub ki, Sabirabad rayon Yenikənd kənd sakinləri 1985-ci il təvəllüdlü Babayev Cavid Fazil oğlu və 1990-cı il təvəllüdlü Rzayev Nuhəli Ağasəmid oğlu avqustun 19-da saat 23.00 radələrində Vəlixan Rəhimov və Elməddin Əkbərov tərəfindən qanunsuz olaraq əkib-becərdikləri çətənə kolunun bir hissəsini satış məqsədi ilə talayaraq həmkəndliləri, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Hüseynov Bayram Hüseyn oğluna saxlamaq üçün veriblər.

Keçirilmiş tədbirlər nəticəsində Bayram Hüseynova verilən narkotik vasitə sonuncunun yaşadığı evin həyətindən 1,185 kq miqdarında götürülüb.

Rəhimov Vəlixan, Əkbərov Elməddin CM-nin 237.2.3-cü, Babayev Cavid, Rzayev Nuhəli CM-nin 235.1-ci, Hüsenyov Bayram isə CM-nin 234.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR