Sabunçu polisi qohumunun evindən oğurluq etmiş şəxsi saxlayıb

Sabunçu polisi qohumunun evindən oğurluq etmiş şəxsi saxlayıb
# 17 may 2017 02:42 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi əməkdaşları mayın 3-də Yeni Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində törədilmiş oğurluğun üstünü açıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən evdən 4500 manat pul və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Əsədov tutulub. Qeyd edək ki, V.Əsədovun oğurluq etdiyi ev öz qohumuna məxsus olub.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirakının olmasını da istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR