Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb
# 31 iyul 2014 22:39 (UTC +04:00)

Salyan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Salyan polisi narkotik tərkibli çətənə kollarını əkib-becərən rayonun Quyçu kənd sakini, 40 yaşlı Mübariz Xanəhməd oğlu Cəfərovu saxlayıb.

Həmin şəxsin həyətyanı sahəsindən çəkisi 64 kiloqrama yaxın 144 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Mübariz Cəfərovun yaşadığı evin həyətyanı sahəsindəki tikilidə isə 2,7 kiloqram qurudulmuş marixuana aşkar edilib.

Aqrotexniki qaydada becərilmiş çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq qablaşdırılıb və qurudulmuş marixuana ilə birlikdə istintaqa təhvil verilib. Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR