Salyan və Cəlilabadda yanğın hadisəsi qeydə alınıb

Salyan və Cəlilabadda yanğın hadisəsi qeydə alınıb
# 25 iyun 2013 17:47 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda iki yanğın hadisəsi baş verib. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, Salyan rayonunun Sarvan kəndində vətəndaşa məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 15:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Cəlilabad rayonunda qeydə alınıb. Rayonun Günəşli kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR