Salyanda “KamAZ” "Mercedes"lə toqquşub, yük maşınının sərnişini xəsarət alıb

Salyanda “KamAZ” "Mercedes"lə toqquşub, yük maşınının sərnişini xəsarət alıb
# 27 yanvar 2018 18:08 (UTC +04:00)

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Salyan rayonu, Bəydili kəndində “KamAZ” markalı yük avtomobili “Mercedes” markalı minik avtomobili ilə toqquşub, daha sonra yol kənarında olan ağaca çırpılıb. Nəticədə yük avtomobilində olan sərnişin sıxılmış vəziyyətdə qalıb. Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gələrək vətəndaşı nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR