Salyanda ana və qızının itkin düşməsi barədə polisə məlumat daxil olub - FOTO

Salyanda ana və qızının itkin düşməsi barədə polisə məlumat daxil olub - <span style="color: red;">FOTO
# 10 sentyabr 2015 08:24 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Salyan rayonunun I Varlı kənd sakini Aslan Əsədov 27 avqust 2015-ci il tarixdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı, 1994-cü il təvəllüdlü Xanpəri Hüseynovanın azyaşlı qızı - 2015-ci ildə anadan olmuş Nuray Əsədovanı özü ilə götürərək cari il avqustun 23-də saat 15.00-16.00 radələrində evdən xəbərsiz çıxaraq getdiklərini, bir daha geri qayıtmadıqlarını bildirib.

Evdən çıxan zaman Xanpəri şəxsiyyət vəsiqəsini və uşağa aid geyim əşyalarını da götürüb.

Xanpəri Hüseynovanın xarakterik əlamətləri aşağıdakılardır: Boyu təqribən 175 santimetr, orta bədən quruluşludur. Qara uzun saçlı, yumru sifətli, qara qalın qaşlı, gözlərinin rəngi qəhvəyidir, çənəsində qara xalı var. Əynində qara rəngli yubka və qara yay köynəyi olub.

Xanpəri Hüseynovanı və qızı Nurayı görənlərdən və ya itkin düşmüş bu şəxslər haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, (050) 974-65-02, (050) 341-49-64 nömrəli mobil və (021) 255-51-83 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR