Salyanda narkotik alverçisi tutulub

Salyanda narkotik alverçisi tutulub
# 16 yanvar 2018 19:18 (UTC +04:00)

Salyan rayonunda narkotik alverçisi saxlanılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayon Polis Şöbəsinin əməliyyat tədbirləri nəticəsində əvvələr məhkum olunmuş Salyan sakini, 1959-cu il təvəllüdlü Məmmədov İbrahim Oktay oğlu şübhəli şəxs qismində saxlanılıb. İbrahim Məmmədovun üzərinə baxış zamanı ondan 1 ədəd kibrit qutusunda və 9 ədəd selofan bükümdə, ümumi çəkisi 25 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR