Şamaxı sakini avtomobili dərəyə aşırıb, nəvəsi ölüb, özü və daha 2 nəfər xəsarət alıb

Şamaxı sakini avtomobili dərəyə aşırıb, nəvəsi ölüb, özü və daha 2 nəfər xəsarət alıb
# 13 may 2015 08:02 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun 131-ci kilometrliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. Şamaxı rayonu Şirvan kənd sakini, 1954-cü il təvəllüdlü Səfərov Əlibəy Müzəffər oğlu 10-CE-292 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik maşında idarəetməni itirib və avtomobil yoldan çıxaraq, dərəyə aşıb.

Hadisə zamanı avtomobildə olan 1999-cu il təvəllüdlü Rəşidov Orxan Arif aldığı bədən xəsarətindən ölüb, 1995-ci il təvəllüdlü Sadıqova Xonça Rasim qızı, 1994-cü il təvəllüdlü Rəşidova Balaqız Əsəd qız və sürücü Əlibəy Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Ölən sərnişin sürücünün nəvəsidir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR