Şamaxıda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb

Şamaxıda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb
# 31 mart 2013 09:27 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov - APA. Bakı-Şamaxı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə yolun 118-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb. “VAZ 2106” markalı minik maşını yolu keçən piyadanı-Oğuz sakini, 1956-cı il təvəllüdlü İmanov Telman Zeynal oğlunu vurub.

T. Zeynalov dünyasını dəyişib, sürücü isə hadisə yerindən qaçıb. Hazırda onun axtarışı davam etdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR