Şəki Şəhər-Rayon Polis Şöbəsinin 3 əməkdaşı Sabunçu Rayon Polis İdarəsinə təyinat alıb

Şəki Şəhər-Rayon Polis Şöbəsinin 3 əməkdaşı Sabunçu Rayon Polis İdarəsinə təyinat alıb
# 17 fevral 2015 08:43 (UTC +04:00)

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Şəki Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməliyyat işləri üzrə rəis müavini Şaiq Əliyev tutduğu vəzifədən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Bundan başqa, Şəki ŞRPŞ-nin istintaq bölməsinin rəisi Çingiz Osmanov Sabunçu RPİ-nin istintaq şöbəsinin rəisi, Şəki ŞRPŞ-nin əməliyyatçısı Rəşad Rəcəbov isə Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, bir müddət əvvəl R. Usubovun əmri ilə Sabunçunun polis rəisi Cavanşir Babayev təqaüdə göndərilib. Onun yerinə Şəki RPŞ-nin rəisi Eldar İlyasov təyinat alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR