Şəki sakini intihar edib

Şəki sakini intihar edib
# 20 noyabr 2012 06:29 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə intihar hadisəsi baş verib. Şəki rayon hüquq-mühafizə orqanlarından APA-nın yerli bürosuna verilən məlumata görə, Şəki rayonu Abbas kənd sakini, 1988-ci il təvəllüdlü, Rüstəmov Roman Məmməd oğlu özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asaraq intihar edib.

İlkin ehtimala görə, Raman Rüstəmov imkansızlıqdan intihar edib.

Faktla bağlı Şəki şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR