Şəki sakinini it dişləyib

Şəki sakinini it dişləyib
# 17 sentyabr 2014 09:40 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki sakinini it dişləyib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 1991-ci il təvəllüdlü Şəki şəhər sakini Rəhim Hilal oğlu Əliyev sağ ayağının pəncə hissəsinin it dişləməsi diaqnozu ilə xəstəxanaya daxil olub.

Həkim araşdırması zamanı məlum olub ki, Rəhim Əliyevi sahibsiz it dişləyib. Rəhim Əliyevə lazımi ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR