Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Şəkinin 2-ci Biləcik kəndi ərazisində qeydə alınıb. Şəki şəhər sakini Abdurrəhmanov Samir İbrahim oğlu idarə etdiyi “Ford” markalı, 55-BL-821 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən, 2-ci Biləcik kəndi ərazisində yolu keçən Əbdürəhimov Tahir Zakir oğlunu vurub. Qəza nəticəsində xəsarət alan şəxs elə hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.