Şəkidə bələdiyyə binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Şəkidə bələdiyyə binasında baş verən yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 19 oktyabr 2017 05:37 (UTC +04:00)

Şəkidə bələdiyyə binasında baş verən yanğın söndürülüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, oktyabrın 18-i axşam saat 23:30 radələrindən başlayaraq rayonun Baş Göynük kənd bələdiyyəsinin yerləşdiyi, ümumi sahəsi 650 kv/m olan inzibati binada baş verən yanğın beş saatdan sonra bu gün 04:30 radələrində tam söndürülüb. Yanğın nəticəsində inzibati binanın 380 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikası və şəxsi heyətləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

01:03

Şəkidə bələdiyyə binası yanır.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, oktyabrın 18-i axşam saat 23:30 radələrində rayonun Baş Göynük kənd bələdiyyəsinin yerləşdiyi inzibati binada yanğın başlayıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə Şəki DYMH-nin iki, Qax DYMH-dən isə bir yanğınsöndürən maşın və şəxsi heyətləri cəlb edilib.

Artıq saat yarımdır ki, yanğın davam edir. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR