Şəkidə fərdi evdə yanğın olub

Şəkidə fərdi evdə yanğın olub
# 30 oktyabr 2017 19:31 (UTC +04:00)

Şəkidə fərdi yaşayış evində yanğın olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 20:45 radələrində Şəki şəhəri Şərbablar küçəsində, Məhərrəm Yusif oğlu Mustafayevə məxsus, ümumi sahəsi 120 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin içərisində 6 kv/m-lik sahədə olan ev əşyaları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR