Şəkidə baş verən qəzada ata ölüb, iki övladı ağır xəsarət alıb

Şəkidə baş verən qəzada ata ölüb, iki övladı ağır xəsarət alıb
# 30 noyabr 2015 07:01 (UTC +04:00)

Şəki. Vüqar Heydərov – APA. Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında Şəki sakiniləri 1964-cü il təvəllüdlü Ağaismayıl Şahismayıl oğlu Əliyevin idarə etdiyi “VAZ 2106” markalı, 55 BP 452 dövlət nömrə nişanlı avtomobillə 1965-ci il təvəllüdlü Eldar Yaqub oğlu Abdullayevin idarə etdiyi “QAZ-31” markalı, 10 HZ 149 dövlət nömrə nişanlı maşın toqquşub. Nəticədə “VAZ-2106” markalı maşının sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Həmin avtomobildə olan sərnişinlər – sürücünün övladları, 1999-cu il təvəllüdlü Şahismayıl Əliyev, 1998-ci il təvəllüdlü Şahsinə Əliyeva, digər avtomobilin sürücüsü Eldar Abdullayev və onun sərnişini Elgün Nağı oğlu Həşimov aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanadan APA-ya verilən məlumata görə, Şahsinə Əliyeva və Elgün Həşimovun vəziyyətləri ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. Digər yaralıların vəziyyəti isə orta-stabildir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR