Şəkidə sürücü elektrik cərəyanı vurması nəticəsində ölüb

Şəkidə sürücü elektrik cərəyanı vurması nəticəsində ölüb
# 13 fevral 2015 14:56 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda sürücünü elektrik cərəyanı vurub.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolundan Şəki şəhərinə gedən avtomobil yolunun kənarında baş verib.

Şəki rayonunun Cəfərabad kənd sakini, 1961-ci il təvəllüdlü Nəzir Bəxtiyar oğlu Məmmədov idarə etdiyi qaldırıcı kranla ərazidəki yardımçı tikilidə iş görən zaman kranın qurğusu ərazidən keçən yüksək gərginlikli elektrik naqillərinə dəyib. Nəticədə Nəzir Məmmədovu elektrik cərəyanı vurub. Nəzir Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR