Şəkidə sürücünü elektrik cərəyanı vurub - VİDEO

Şəkidə sürücünü elektrik cərəyanı vurub - <span style="color: red;">VİDEO
# 29 avqust 2013 07:16 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə sürücünü elektrik cərəyanı vurub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Şəki rayonu Daşüz kəndində qeydə alınıb. 1974-cü il təvəllüdlü, Ağdam rayon sakini Cəfərov Elçin Maarif oğlu idarə etdiyi “SHACMAN” markalı 90 JV 899 nişan dövlət nömrə nişanlı yük maşını ilə Daşüz kəndi ərazisindəki tikinti sahənin birinə mişar daşı gətirib.

Sürücü yükü boşaltmaq üçün yük yerini qaldırarkən, yük yeri ərazidən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Bundan xəbərsiz halda avtomobildən düşmək istəyən sürücünü elektrik cərəyanı vurub. Sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Şəki Şəhər Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR