Şəmkir sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini 53 yaşlı Çoban Quliyev yaşadığı evin dam örtüyündə təmir aparan zaman ehtiyatsızlıq nəticəsində yıxılaraq müxtəlif bədən xəsarətləri alıb.
Xəstəxanaya yerləşdirilən Ç. Quliyevin vəziyyətinin orta ağır olduğu bildirilir.