Şəmkir sakini kimyəvi maddədən zəhərlənib

Şəmkir sakini kimyəvi maddədən zəhərlənib
# 16 dekabr 2016 21:37 (UTC +04:00)

Şəmkir sakini kimyəvi maddədən zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Təzəkənd kənd sakini, 1995-ci il təvəllüdlü Samir Rzayev zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Rzayev səhvən kükürd tərkibli kimyəvi maddə qəbul etdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR