Şəmkir sakini silah-sursat tapıb

Şəmkir sakini silah-sursat tapıb
# 13 iyun 2013 11:36 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Heyvan otaran Şəmkir rayon sakini tapdığı silahı polisə təhvil verib.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində yaşayan 1967-ci il təvəllüdlü E.Həsənov rayonun dağlıq ərazisində heyvan otaran zaman bir ədəd “AK 74” və 22 ədəd 5,45 çaplı patronlar tapıb.

E.Həsənov silah sursatı dərhal Kəpəz rayon Polis İdarəsinə təhvil verib. Hazırda silah-sursatın həqiqətən tapılması və hər hansı bir cinayətdə istifadə edilib-edilməməsi ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR