Gəncədə Şəmkir sakinlərini bıçaqlayan şəxslər saxlanılıb

Gəncədə Şəmkir sakinlərini bıçaqlayan şəxslər saxlanılıb
# 24 yanvar 2018 08:41 (UTC +04:00)

Yanvarın 22-nə keçən gecə Gəncə şəhəri ərazisindən üç nəfərin xəsarətlə xəstəxanaya gətirilməsi barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilənlərin Şəmkir rayon sakinləri Orxan Rüstəmov, Orxan Rzazadə və Orxan Məmmədov olmaları müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Gəncə şəhər sakinləri Azər Məmmədov, Nicat Mustafayev, habelə hadisənin digər iştirakçıları İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR