Şəmkirdə Kürdə batan 19 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Şəmkirdə Kürdə batan 19 yaşlı oğlanın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 04 iyul 2018 07:49 (UTC +04:00)

Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun axtarışları başa çatıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, E.İsgəndərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

08.49

Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR