Şəmkirdə 26 yaşlı oğlan qohumu tərəfindən bıçaqlanıb

Şəmkirdə 26 yaşlı oğlan qohumu tərəfindən bıçaqlanıb
# 21 avqust 2013 10:56 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib. Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Seymur Mehdiyev qohumu, 1987-ci il təvəllüdlü Elnar Cəfərovla mübahisə edərək onu bıçaqlayıb. Yaralı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin normal olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR