Sirus Təbrizlinin ölüm səbəbi açıqlanıb

Sirus Təbrizlinin ölüm səbəbi açıqlanıb
# 08 sentyabr 2013 13:27 (UTC +04:00)
Quba. Vəli Turan - APA. Ötən gün Nabrandakı bağ evində dünyasını dəyişmiş Sirus Təbrizlinin ölüm səbəbi bəlli olub.
Bu barədə APA-nın şimal bürosuna Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi - Ekspertizası və Patoloji Birliyinin Quba rayon şöbəsinin eksperti Çingiz İskəndərov məlumat verib.
Onun sözlərinə görə, S.Təbrizlinin meyitinin tibbi müayinəsi zamanı onun bədənində hər hansı xəsarət və zorakılıq izi aşkarlanmayıb. Müayinə zamanı onun ürək qan-damar sistemində kəskin qan-damar çatışmazlığının olduğu aşkar edilib. Elə ölümə də bu səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR