Şirvan sakini cinayətkar qrup yaradaraq bacısının evinə quldur basqını edib - VİDEO

Şirvan sakini cinayətkar qrup yaradaraq bacısının evinə quldur basqını edib  - <span style="color: red;">VİDEO
# 21 iyul 2014 22:10 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan sakininin evinə quldur basqını edərək oradan külli miqdarda əmlakı qarət edən şəxslər saxlanılıb. Şirvan Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, 11 iyul 2014-cü il tarixində, gecə saat 00.30 radələrində Şirvan şəhəri, Xəqani küçəsi 4/470 ünvanında yerləşən Əliyev Vahid Abdulla oğluna məxsus evə naməlum şəxslər tərəfindən quldur basqını edilərək evin qarət olunması barəsində məlumat daxil olub. Məlumatda göstərilib ki, 2 nəfərdən ibarət quldur dəstə ailə üzvlərinə zor tətbiq etməklə 6 min manat nağd pul, 5 min manat dəyərində qızıl-zinət və digər qiymətli əşyaları (mobil telefon, notebook, qol saatı) evdən götürərək hadisə yerindən uzaqlaşıblar.

Aparılan əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, evə basqın edərək talayan şəxslər Şirvan sakinləri 1989-cu il təvəllüdlü Əmənov Əlizamin İlham oğlu və onun tanışı 1988-ci il təvəllüdlü Həsənov Etibar Təbriz oğludur. İstintaq zamanı müəyyən edilib ki, adı çəkilən şəxslər qabaqcadan əlbir olaraq birincinin kürəkəni Əliyev Vahid Abdulla oğlunun evinə quldur basqını etməzdən əvvəl evin enerji təminatını kəsiblər. Bu vaxt evin gəlini-basqınçılardan birinin bacısı Əliyeva Aynur İlham qızı (basqın edən Əlizaminin bacısı) enerji xəttini avtomat qutudan bərpa etmək istəyərkən onun ağzını əlləri ilə qapatmış, qollarını plastik iplə bağlayaraq başına polietilen kisə keçiriblər. Daha sonra basqınçılar ev sahibinin 11 yaşlı oğlu Abdullanın və 13 yaşlı qızı Həcərin əl-qolunu bağlayaraq onların başına polietilen kisə keçirərək yerə oturdublar.

Köməyə gələn ev sahibinin anası Ayna Baloğlan qızı Əliyeva ilə əlbəyaxa olan basqınçılar daha sonra onun müqavimətini qıraraq əllərini plastik iplə bağlayaraq yerə oturtmuş və gözünü köynəklə bağlayıblar. Basqınçılar ailə üzvlərini zor tətbiq etməklə və həyatlarına qəsd edəcəkləri barədə hədə-qorxu gəlməklə zərərsizləşdirdikdən sonra evdən ümumilikdə 11 min manat dəyərində olan külli miqdarda əmlakı ələ keçirərək qarət ediblər.

Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Şirvan Polis Şöbəsinin və Binəqədi Polis Şöbəsinin 4-cü polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri zamanı həmin şəxslər yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR