Şirvan şəhər sakini bıçaqlanıb

Şirvan şəhər sakini bıçaqlanıb
# 27 noyabr 2012 15:45 (UTC +04:00)

Şirvan. Əlibәy Zeynallı – APA. Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün saat 15:30 radələrində Şirvan sakini, Nərimanov küçəsi - 1/24 ünvanında yaşayan, 1992-ci il təvəllüdlü Məmmədov Fəxri Məlikağa oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. O, yaralı vəziyyətdə Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Həkimlərin bildirdiyinə görə, onun bədəninə 5 bıçaq zərbəsi endirilib.

Polis əməkdaşları hadisəni törədən şəxslərin müəyyən olunması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR