Şirvanda “NİVA” qatarla toqquşub, xəsarət alan var - VİDEO

Şirvanda “NİVA” qatarla toqquşub, xəsarət alan var   - <span style="color: red;">VİDEO
# 20 avqust 2013 20:50 (UTC +04:00)

Şirvan. Əlibəy Zeyallı-APA. Şirvanda qatar qorunmayan dəmir yolu keçidində avtomobillə toqquşub. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, avqustun 20-də saat 19.00 radələrində Şirvan şəhəri Naxçıvan prospektində Sabirabad rayonu Moranlı kənd sakini 1969-cu il təvəllüdlü Mirəliyev Aslan Mürvət oğlunun idarə etdiyi “NİVA” markalı 54 BH 879 dövlət nömrə nişanlı avtomobillə qorunmayan dəmir yolu keçidini keçərkən qatarla toqquşub. Qəza zamanı avtomobildə olan sürücünün oğlu, 1995-ci il təvəllüdlü Mirəlizadə Eyvaz Aslan oğlu baş nahiyəsindən ciddi zədə alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib və başından əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, onun həyatı üçün təhlükə yoxdur. Avtomobildə olan sürücü və onun həyat yoldaşı qəzada xəsarət almayıblar.

Faktla bağlı Şirvan xətt polisi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR