Şirvanda avtomobil 2 nəfəri vuraraq öldürüb - YENİLƏNİB - FOTO - VİDEO

Şirvanda avtomobil 2 nəfəri vuraraq öldürüb  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2015 21:30 (UTC +04:00)

Şirvan.Əlibəy Zeynallı-APA. Şirvanda 2 piyadanı vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhərində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla 2 piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü Qayıbalıyev Nazir Lazım müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

22:44

Şirvan.Əlibəy Zeynallı-APA. Şirvanda 2 piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün saat 21:30 radələrində Şirvan şəhərində, Heydər Əliyev prospektində VAZ 21011 markalı 24 BC 833 nömrəli avtomobil 2 piyadanı vurub.

Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan Şirvan sakini, 2004-cü il təvəllüdlü Dədəyev Rövşən Zaur oğlu və 1964-cü il təvəllüdlü Türkiyə vətəndaşı Abdulla Əkər xəstəxanaya çatdırılarkən yolda ölüblər.

Sürücü, 1964-cü il təvəllüdlü Qayıbalıyev Nazir Lazım oğlu hadisə yerindən qaçıb. Hazırda onun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR