Şirvanda avtomobil piyadanı vurub

Şirvanda avtomobil piyadanı vurub
# 09 iyul 2018 20:01 (UTC +04:00)

Şirvanda avtomobil piyadanı vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qadın sürücünün idarə etdiyi "Toyota" markalı avtomobil Şirvan şəhər sakini, 1941-ci il təvəllüdlü Hüseynov Bahəddin Əbülfəz oğlunu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR