Şirvanda baş verən qəzada sürücü ağır yaralanıb - VİDEO

Şirvanda baş verən qəzada sürücü ağır yaralanıb - <span style="color: red;">VİDEO
# 27 iyul 2014 11:56 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün saat 12.30 radələrində şəhərin 1 may küçəsində ağır avtoqəza baş verib. Şirvan sakini 1982-ci il təvəllüdlü Qocayev Xəqani Yadulla oğlunun idarə etdiyi “VAZ 21074” markalı 19 BB 915 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən Şirvan sakini 1958-ci il təvəllüdlü Qasımov Nazim Nadir oğlunun idarə etdiyi “ZİL 130” markalı 69-53 АГЦ (köhnə) dövlət nömrə nişanlı sudaşıyan avtomobilə çırpılıb. Hadisəyə səbəb yük avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi və minik avtomobilinin sürət həddinin aşdığı göstərilir. Qəza nəticəsində VAZ 21074 markalı avtomobilin sürücüsü Xəqani Qocayev açıq kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğundan Bakı şəhəri neyrocərrahiyyə mərkəzinə aparılması gözlənilir.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR