Şirvanda SOCAR-ın avtobusu jurnalisti vuraraq öldürüb

Şirvanda SOCAR-ın avtobusu jurnalisti vuraraq öldürüb
# 25 oktyabr 2017 16:39 (UTC +04:00)

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.

Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.

S. Məmmədlinin əvvəllər "Ədalət", "Təzadlar" və "Həftə içi" qəzetlərində işlədiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR