Siyəzəndə motosikletlə maşın toqquşub, xəsarət alan var

Siyəzəndə motosikletlə maşın toqquşub, xəsarət alan var
# 10 oktyabr 2017 18:41 (UTC +04:00)

Bu gün axşam saatlarında Siyəzəndə yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, motosikletlə minik maşınının toqquşması nəticəsində motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Siyəzən rayon sakini Əmirov Elçin Əmirağa oğlu xəsarət alıb. Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən E.Əmirova kəllə bəyin travması qoyulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR