Son 5 ildə Azərbaycanda 100 nəfər daxili işlər orqanlarından xaric edilib, 19 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Son 5 ildə Azərbaycanda 100 nəfər daxili işlər orqanlarından xaric edilib, 19 nəfər cinayət məsuliyyətinə cəlb olunub
# 07 iyun 2013 16:00 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Roland Kobia ilə görüşündə bildirib.

Nazir qeyd edib ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər DİN-in aidiyyəti idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür: “Təkcə son 5 ildə və cari ilin ötən dövrü ərzində vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1327 əməkdaş cəzalandırılıb, o cümlədən 99 nəfər tutduğu vəzifədən azad olunub”.

R. Usubov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR