Sumqayıtda maşın ağaca çırpılıb: sərnişin ölüb, sürücü qaçıb - FOTOSESSİYA - VİDEO

Sumqayıtda maşın ağaca çırpılıb: sərnişin ölüb, sürücü qaçıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 23 iyul 2014 02:49 (UTC +04:00)

Bakı-APA TV. Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumına görə, yüksək sürətin səbəb olduğu hadisə şəhərin girişində qeydə alınıb.

Sülh küçəsi ilə Sumqayit şəhərinə doğru gedən “Opel” markalı minik maşınını sürücü idarətməni itirib və maşını yol kənarındakı ağaca çırpıb. Zərbənin gücündən ağac kökündən çıxıb, avtomobil isə deformasiyaya uğrayıb. Hadisə nəticəsində maşındakı sərnişin, təxminən 40-45 yaşlı kişi dünyasını dəyişib. Qəzani törədən sürücü isə avtomobili hadisə yerində qoyaraq qaçıb.

Şəhər Polis İdarəsinin əməkdaşları hadisə yerini müayinə ediblər. İlkin müayinə nəticəsində qəzaya avtomobilin yüksək sürətlə idarə olunmasının səbəb olduğu müəyyən edilib. Faktla bağli cinayət işi başlanılıb. Qəzada dünyasını dəyişən şəxsin, eləcə avtomobil sahibinin şəxsiyyəti dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR